Fransisk Roma Papalığından getməyə hazırlaşır – İtalya KİV

266-cı Roma Papası, indiki Vatikan hökmdarı. Cənubi Amerikalı və Yezuitlər ordenindən ilk papası Fransisk Roma Papalığından getməyə hazırlaşır.

LAF TV “Report”-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Libero” nəşri yazıb.

Məlumata görə, buna səbəb Roma Papasının səhhətində yaranan problemlərdir.

Fransiskin 4 iyulda cərrahi əməliyyat keçirdiyini xatırladan nəşr onun dekabrda papalıqla vidalaşmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, dekabrda Roma Papası Fransiskin 85 yaşı tamam olacaq və XVI Benedikt də 85 yaşında Roma Papalığından getmişdi.