Azərbaycanın müdafiə nazirinin müavini Moskvada səfərdədir

 

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.