Ermənistanda hərbi hissədə 3 hərbçinin meyiti tapılıb

Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyiti aşkarlanıb.

 

LAF TV “Report”- istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

 

Məlumatda qeyd edilib ki, 2002-ci il təvəllüdlü – Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın cəsədi aşkarlanıb. Hadisənin səbəbləri araşdırılır.