Müdafiə naziri Zakir Həsənovla Türkiyənin Baş Qərargah rəisi arasında görüş baş tutub

“IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

 

 

Bu barədə LAF Tv-yə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.