ABŞ Əfqanıstandan 3 mindən çox insanı təxliyə edib

Amerika səlahiyyətliləri dünən Əfqanıstandan təxminən min ABŞ vətəndaşını və Birləşmiş Ştatlarda yaşamaq icazəsi olanları ailələri ilə birlikdə təxliyə edib.  “Al Arabiya” Ağ Evin mətbuat xidmətinə istinadən yazır. Qeyd olunur ki, son günlərdə Əfqanıstandan ümumiyyətlə 3200-dən çox insan təxliyə edilib.

 

“Proses artıq qurulub və bu rəqəmlərin artacağını gözləyirik”, – Ağ Evin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, 13 uçuş həyata keçirilib. Əlavə olaraq ABŞ-a xüsusi immiqrasiya vizası üçün müraciət edən 2 mindən çox insan ölkədən təxliyə olunub.

“Taliban” hərəkatının silahlıları 15 avqustda Kabilə döyüşsüz girib və bir neçə saat ərzində Əfqanıstanın paytaxtını tam nəzarətə götürdü. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib. Qərb ölkələri öz vətəndaşlarını ölkədən təxliyə edir.

 

virtualaz.org