Əşrəf Qəninin və ailəsinin yeri məlum oldu – Rəsmi açıqlama

Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qani və ailəsinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçdığı açıqlanıb.

 

LAF TV APA-ya istinadən verdiyi məlumata görə, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi açıqlama yayaraq Ə. Qaninin ailəsi ilə birlikdə bu ölkədə olduğunu təsdiqləyib.

 

“Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bildirir ki, BƏƏ humanitar səbəblərdən Prezident Əşrəf Qanini və ailəsini ölkəyə qəbul edib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Əfqanıstanın Prezidenti Əşrəf Qani “Taliban” paytaxt Kabilə girdikdən sonra istefa verərək avqustun 15-də ölkədən qaçıb.

 

Əvvəlcə onun Tacikistana qaçdığı bildirilmişdi.

 

Daha sonra Ə. Qaninin Özbəkistana, oradan isə üçüncü ölkəyə getdiyi barədə məlumat yayılmışdı.