Özünü bağça müdiri kimi təqdim edərək dələduzluq edən şəxslə bağlı cinayət işi başlanıb – VİDEO

Özünü paytaxtın Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdirəsi kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər.

Baş Prokurorluğun Mətbuat Xidmətiundən APA-ya verilən məlumata görə, toplanmış material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Prokurorluğa müraciət edərək məmnun qalan Məmmədova Nigar Şəmşir qızı Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.