Həbs olunan sabiq nazir müavini Rafiq Bayramova 8 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramova son söz verilib.

Sonuncu özünü qismən təsirli bildiyini deyib:

İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç bir yeyinti yoxdur. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur. Özümü qismən təqsirli sayıram. İşdə müəyyən diqqətsizlik və nöqsanlarım olub. Buna görə Cənab Prezidentdən üzr istəyirəm. Xahiş edirəm qərar verərkən, himayəmdə 3 azyaşlı uşaq olduğunu və həyat yoldaşım xərçəng xəstəsi olduğunu nəzərə alasız”.

 

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Məhkəmə tərkibi müşavirədən qayıtdıqdan sonra hökm elan olunub.

Hökmə əsasən, Rafiq Bayramov
8 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq dövründə Rafiq Bayramova məxsus həbs qoyulmuş əmlaklar dövlət hesabına müsadirə olunacaq.

 

 

Rafiq Bayramov 8 may 2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla külli miqdarda korrupsiyada ittiham edilərək həbs edilmişdir.