Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

 

 

Bu barədə LAF TV-yə  Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.