KTMT-nin baş katibi: “Sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”

“Biz hesab edir ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir.

S.Zas deyib ki, vəziyyət KTMT-nin diqqətindədir və Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə uyğun monitorinqi həyata keçirirlər. /Report