Ukraynada əlində qumbara olan bir nəfər Nazirlər Kabinetinə hücum edib – VİDEO

Ukraynanın paytaxtı Kiyevdə qumbara ilə silahlanmış bir kişi Nazirlər Kabinetinin qarşısına gələrək binanı partladadacağı ilə hədələyib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, hadisə ilə bağlı videonu “Korrupsiya dur” təşkilatının nümayəndəsi İqor Bondarçuk sosial şəbəkədə paylaşıb.

“İndicə… Bir nəfər əlində qumbara Nazirlər Kabinetinin binasına daxil oldu. Həmin şəxs qumbaranı çıxarıb binanın ələ keçirildiyini qışqırdı”, – o yazıb.