Bakıda iki polis rəisi işdən çıxarılıb – Nazir əmr imzaladı

Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı “Report”a təsdiqləyib.