Şuşadan gəldi, jurnalistləri mükafatlandırdı – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfìndən təşkil olunmuş Şuşa səfərində O da var idi. Yunanıstandan Şuşaya qədər yolu uzandı. Yunanıstanda Azərbaycan tarixini, mədəniyyətini təbliğ edən “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Şuşadan dönər-dönməz jurnalistləri başına topladı və 50 yaşında yaşadığı Şuşa adlı xosbəxtliyindən danışdı.Yunanistanda gördüklərini dərc edəcəyini dedi. Özü bu xoşbəxtliyi ona yaşadanlara təşəkkür etdi və Yunanıstanda yaşayan azərbaycanlılara media dəstəyi göstərənlərə də minnətdarlığını təşəkkürnamə ilə ifadə etdi. Qeyd edək ki, diaspor nümayəndələrinin bu günlərdə Şuşa səfəri oldu. Səfərdə 24 ölkədən 72 nəfər iştirak etdi və onlar Cıdır düzündə böyük bir Azərbaycan bayrağını qaldırdılar. Yaşadıqları ölkədə hər kəsə Şuşadan danışacaqlarını dedilər.