MİRƏLƏMOVUN ƏLİ – Afət Telmanqızı yazır…

Bu gün sizə əlxaqsız, nalayiq hərəkəti ilə gündəm olan keçmiş deputat Hüseynbala Mirələmovdan danışacam. Zatən 2 gündür hamı ondan danışır. 76 yaşlı qocadan. Bəli düş eşitdiniz Qocadan. Cünki ona ağsaqqal deməyə dilim gəlmir. Hərçənd ki, Ağsaqqallar Şurasının üzvüdür.

Amma etdiyi ağsaqqala yaraşmayan hərəkətdi.
76 yaşlı bu qoca nəvəsi yaşda olan birinə bilmirəm katibəsidir, ya köməkçisi. Bu o dərəcə də önəmli deyil. Əl qərəz. O, köməkçisinə qarşı nalayiq hərəkət etdi. Etikadan uzaq hərəkəti ilə gündəm oldu. 76 yaşında qocanın əli dinc durmadı. Həm əlininin həm də nəfsinin qurbanı oldu.

Bu qoca uzun illər müxtəlif vəzifələr başında olub. Heç vaxt kreslosuz qalmayıb. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.2005 , 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olub. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işci quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işci qurupunun rəhbəri olub.

Ortada uzun bir siyahı var. Mənsə sizə onun bir hissəsini sadaladım. Yəni bunu sadalamaqda məqsədim odur ki, Bu qoca çox görüb-götürüb. Amma öyrənmədiyi şeylər də olub. Bu 76 illik ömründə müasir texnologiyadan xəbərsiz olub. İndi də xəbərsizdir. Utanmadan deyir ki, mənim o videodan xəbərim yoxdur. O videodakı mən deyiləm, zəng etdiyiniz mənim nömrəm deyil. Bu sözləri deməklə sizə özünüzü birazda rüsvay edir Mir Ələmov. Söhbəti hansı səmtə fırlatsa da o heçnə ilə özünə haqq qazandıra bilməz. Kor-kor, gör-gör.

O, özünə haqq qazandıra bilməsə də əfsus ona haqq qazandırlan var. Video montajdır, O, oruc tutur deyənlər var. Ola bilər Hüseynbala Mirələmov oruc da tutur amma indi tutduğu oruc deyil başqa nəsədir. H. Mirələmov artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə (ADNSU) kafedra müdiri vəzifəsindən azad edildi. YAP idarə heyəti ona görə iclas çağırdı. Bir sözlə, bu illər ərzində onu hamı tanımasa da bir günün içində o özünü hamıya tanıtdı.

Mirələmovun məhşur videosu ABŞ-ın ABC telekanalında yayımlanan “Cimm Kimmel canlı yayımda” məhşurlaşdı. Səsi okenaın o tayından gəldi. Aparıcı bu qalmaqallı videonu belə şərh etdi: “Bu videoda Azərbaycan hökümətindən hansısa rəsmi nümayəndə onlayn konfransda iştirak edir, ancaq bundan xəbərsizdir. Baxın, biz Nyo-Yorkun növbəti qubernatorunu belə tapa bildik.”

Burda sual oluna bilər ki, Mirələmov hara Amerika hara? Mirələmov Nyo-Yorkun qubernatoru hara ? yəni onun qubernatorla nə əlaqəsi? Bir haşiyə çıxım. Aparıcı çıxışında ABŞ-ın Nyo-York qubernatoru Endryu Kyomonu nəzərdə tutur. O, dəfərlə seksual xaraketrli hərəkətlərə yol verməkdə ittiham olunub. Nyu-York ştatının baş prokuroru da onunla bağlı hazırda da araşdırma aparır.

Vallah bu qədər ömür sür, heç bir işinlə tanınma. Axırda səni bir əl məşhurlaşdırsın… Öz əlin.

Bu videodan sonra yaradıcı xalqımız gah Mirələmovun Əl Oyunları sarayına direktor təyin edildiyini yazdı. Gah da onun kollajlarını tirajladı.

Hə belə-belə işlər. Mirələmov beləcə kameraya düşdü.

“Xəcalət”, “Utanc” və “Mənəviyyatın ekologiyası” adlı əsərlərin müəllifi. Heç utandınızmı? Xəcalət çəkdinizmi? Ekologiya budur? Özü də mənəviyyatın ekologiyası…

Afət Telmanqızı
LAF TV