Xalça Muzeyi ziyarətçiləri üçün xüsusi aksiya keçirir

Milli Xalça Muzeyi ziyarətçiləri pulsuz qəbul edəcək

Muzeyin mətbuat xidmətindən LAF TV-yə bildirilib ki, ziyarətçilər yalnız iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.

Aksiyaya qoşulmaq üçün:

– muzeyin sosial şəbəkələrdəki səhifələrini “like” etmək

– elanı öz səhifənizdə paylaşmaq;

– Linkə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır

https://forms.gle/NBWXfY3RFqpSaEtt6

Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.