Vətən müharibəsi iştirakçısı dənizdə batıb

Vətən müharibəsi iştirakçısı Cəfərzadə Pərviz Musa oğlu dənizdə çimərkən batıb.

LAF TV musavat.com-un teleqram səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki. P.Cəfərzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.