Rusiyanın ABŞ-dakı səfiri:”ABŞ-a kiberhücum olmaması üçün hər şeyi edəcəyik”

Rusiya səlahiyyətliləri öz ərazilərindən kiberhücumların həyata keçirilməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək.

LAF TV Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Antonov Rusiyanın ABŞ və digər Qərb şirkətlərinə edilən kiberhücumlarla heç bir əlaqəsi olmadığını söyləyib:

“ABŞ və digər Qərb ölkələrinin infrastrukturlarına edilən son hücumlarla əlaqədar demək istərdim ki, Rusiya bu cür hücumlarda iştirak etməyib və bu hücumların arxasında olmayıb”.

Səfir yaxın vaxtda ABŞ və Rusiya arasında baş tutacaq dialoqun mövzularından birinin kibertəhlükəsizlik olacağını qeyd edib.