Mədəniyyət naziri:”UNESCO-ya müraciət ünvanlamışıq”

“Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya ilə bağlı UNESCO-ya müraciət ünvanlamışıq və müsbət cavab alacağımıza ümid edirik”.

LAF TV “Report”-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, layihənin tərəfdaş ölkələr tərəfindən dəstəklənməsi önəmlidir: “Biz ümid edirik ki, qlobal layihə dəstək alacaq”.