Əli İnsanov: Rusiya Azərbaycanı təhdid edir”

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Azərbaycanın Rusiyanın təzyiqi və təhdidi altında olduğunu deyir. Ə. İnsanov LAF TV-yə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti də Rusiya tərəfìndən təhdid edilir.”Biz istəyirik ki, İlham Əliyevə bu məsələdə kömək edək və Rusiyanın bu müqavimətini birlikdə sındıraq.Təcili Rusiyadan imtina etmək lazımdır. Azərbaycanda- Naxçıvanda, Şuşada Türkiyənin hərbi bazası yaradılmalıdır. Türkiyə buna hazırdır. Azərbaycan da qərar verməlidir.”