Əli İnsanov İsa Qəmbərdən üzr istəyib

Əli İnsanov İsa Qəmbərdən üzr istəyib

Keçmiş səhiyyə naziri Əli İnsanov bir zamanlar tənqid etdiyi, barəsində kəskin fikir dediyi insanlardan üzr istədiyini LAF TV-yə açıqladı. O, İsa Qəmbərlə bağlı yanlışlığa yol verdiyini bildirdi: “İnsan həmişə özünü günahkar saymalıdır. Ağılsız adam əgər səhvini başa düşürsə, o artıq yarım dahidir.Vaxtilə iqtidarda olarkən, müxalifətlə xoşagəlməz hallar olurdu. Bu da o zamanın iqtidar-müxalifət reallığı idi. Mən İsa Qəmbərlə bağlı səhv fikir işlətmişdim. Bu gün mən Azərbaycan siyasətində İsa Qəmbəri yetkin siyasətçi sayıram. Belə bir insanı incitmək nahaq idi. Bu gün mən müxalifət liderlərinin hər biri ilə dostluq münasibətindəyəm. Biz bu gün hər şeyi daha yaxşı başa düşürük.”