HAQQIMIZDA REKLAM ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
Sizin reklam burada

Ermənistan növbəti təxribat: Kəlbəcər tərəfdən atəş açdılar

Baxış Sayı:7

Ermənistan növbəti təxribat: Kəlbəcər tərəfdən atəş açdılar


Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən LAF TV-yə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.

"Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

Baş vermiş hadisəyə görə bütünM məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - deyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR