HAQQIMIZDA REKLAM ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
Sizin reklam burada

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Baxış Sayı:8

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.

DİM-dən LAF TV-yə verilən məlumata görə, imtahanlar respublikanın 29 şəhər və rayonunda təşkil olunacaq və saat 11:00-da başlanacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlar respublikanın 29 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3 333 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 549 imtahan rəhbəri, 4 166 nəzarətçi-müəllim, 394 buraxılış rejimi əməkdaşı (mühafizə), 197 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 22 215 nəfərin iştirakı nəzərdə tutulur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR