HAQQIMIZDA REKLAM ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
Sizin reklam burada

Ukraynalılar Donbas münaqişəsini Rusiya ilə müharibə hesab edir

Baxış Sayı:18

Ukraynalılar Donbas münaqişəsini Rusiya ilə müharibə hesab edir


Ukraynalıların çoxu Donbas münaqişəsini Ukrayna ilə Rusiya arasında müharibə hesab edir.

Cebhe.info xəbər verir ki, bu barədə Razumkov Mərkəzinin apardığı sorğuya əsasən, "İnterfaks-Ukraina" məlumat yayıb.

Məlumata görə, sosioloqlar hesab edirlər ki, 71 faiz ukraynalı, məhz bu fikirdədir.

Sorğu keçirilənlərin 15 faizi isə bu münaqişəni daxili münaqişə hesab edib.

13 faiz sorğu iştirakçısı isə Ukraynanın Rusiya və Qərblə fikir ayrılığı yaşadığını dilə gətirib.

Bu münaqişəni sorğu keçirilənlərin az bir hissəsi vətəndaş münaqişəsi adlandırıb.

Qeyd edək ki, tədqiqat üçün aparılan sorğuda yaşı 18-dən yuxarı 2020 ukraynalı iştirak edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR