HAQQIMIZDA Reklam ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
730-100
Sizin reklam burada

Nazir Rəşad Nəbiyev İraq parlamentinin nümayəndə heyəti ilə görüşüb

Baxış Sayı:22

Nazir Rəşad Nəbiyev İraq parlamentinin nümayəndə heyəti ilə görüşüb


Bu gün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanda rəsmi səfərdə olan İraq parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən LAF TV-yə verilən məlumata görə, görüşdə ölkələr arasında nəqliyyat, kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İraq tərəfinin müxtəlif sahələrdə Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi və hava daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Nazir Rəşad Nəbiyev İraq parlamentinin nümayəndə heyəti ilə görüşüb

Oxşar xəbərlər
SON XƏBƏRLƏR