HAQQIMIZDA REKLAM ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
Sizin reklam burada

Ağ evin sözçüsü Cen Psak: "Türkiyə ilə birgə fəaliyyət göstərəcəyimiz sahələr də var"

Baxış Sayı:9

Ağ evin sözçüsü Cen Psak: "Türkiyə ilə birgə fəaliyyət göstərəcəyimiz sahələr də var"


“Birlikdə fəaliyyət göstərə biləcəyimiz sahələr də, fərqli baxışlarımız da var”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Ağ evin sözçüsü Cen Psaki ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşü şərh edərkən deyib.

Ərdoğan-Bayden görüşündən gözləntilərlə bağlı sualı cavablandıran C.Psaki deyib: “Konstruktiv şəkildə birlikdə fəaliyyət göstərməyin vacib olduğunu düşündüyümüz sahələr də var, böyük fikir ayrılıqlarımız da”.

Ağ evin sözçüsü iyunun 14-də keçirilməsi nəzərdə tutulan sammiti diplomatiya üçün bir fürsət kimi qiymətləndirib.

O, “Suriyaya oxşar” məsələlər də müzakirə ediləcəkmi” sualına cavabında bildirib: “Şübhəsiz, iki lider regional təhlükəsizlik məsələlərini, COVID-19 və iqtisadi sahə də daxil olmaqla qlobal cəmiyyətə təsir edən problemləri müzakirə edəcəklər. İkitərəfli görüş vaxtı daha çox detalları sizinlə paylaşacağıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR