HAQQIMIZDA REKLAM ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
Sizin reklam burada

Xalqın Mehribanı

Baxış Sayı:146

Xalqın Mehribanı


Ləyaqət, intelekt, Mehribanlıq. İnsanlarda bu keyfiyyətlərə üstünlük verdi. Əsas həyat prinsipinin istənilən vəziyyətdə ləyaqəti qorumaq olduğunu dedi. Mərhəmətli davranmağı, qayğı ilə yanaşmağı həyat amalına çevirdi. Hər zaman sadəliyi ilə seçildi. Sadəliyi ilə nümunə göstərdi. Millət vəkili kimi dəfələrlə müsahibim oldu. Parlamentdə akreditasiyası olan jurnalistlər Mehriban Xanım əliyevanı Milli Məclisdəki fəaliyyətinə görə, "ən fəal" millət vəkili seçdi.

Himayəsi altında xeyli sayda mədəniyyət və humanitar tədbirlər həyata keçirildi. Azərbaycanın dünya müstəvisində təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də musiqi, arxitektura kimi bir çox sahələrdə şedevrlər yaradan ölkə kimi təqdim olunmasında xidmətlər göstərdi. Heydər Əliyev Fondunun prezidenti kimi prioritet istiqamətləri təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrə xüsusi diqqət yetirdi.

Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, 1-ci vitse president Mehriban xanım Əliyeva bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrildi. Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir.

Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Gününüz mübarək 1-ci xanım! Xalqın rifahı naminə bundan sonra da görəcəyiniz işlərdə uğurlar arzulayırıq. Səmimiyyətiniz, xeyirxahlığınız üçün minnətdarıq.

LAF TV adından təbrik edirik!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR