HAQQIMIZDA REKLAM ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
Sizin reklam burada

Nicat Gözəlovun sehirli iksiri

Baxış Sayı:653

Nicat Gözəlovun sehirli iksiri


Bu iksir onu xilas etmədi



Onu 2019-cu ilin növbədənkənar parlament seçkilərindən sonra tanımışdım. MSK-ya şikayətimin ardınca gedəndə. Diqqətimi nümayişkəranə etirazı, bir də aşırı səliqə-səhmanlı qovluğu cəlb etmişdi. Seçkidəki saxtakarlıq faktları qovluğa o qədər səliqə ilə tikilmişdi ki...mən dərhal öz əlimdəki qarışıq sənədlərə baxmış və xeyli utanmışdım. Sonra bilmişdim ki, o hüquqşünasdır və namizədliyini Bakının Nərimanov rayonundan verib. Bir neçə gündən sonra rəhbəri olduğu Mİlli Hüquq Evində seçki saxtakarlığı ilə üzləşən namizədlərin böyük bir yığıncağına dəvət aldım. Sonralar da M. Ə. Rəsulzadə ilə bağlı daha bir tədbir üçün bura gəldim və Nicat Gözəlovu xeyli gözəl təşəbbüslərin müəllifi kimi tanıdım. Məsələn, o ürəkdən arzulayırdı ki, Bakıda Rəsulzadənin möhtəşəm bir ev -muzeyinin açılmasına nail olsun. Bu səhər onun həyatla vidalaşması xəbərini də elə M, Ə. Rəsulzadənin ev muzeyi Whatsapp qrupundan oxudum. Deyəsən məni bu qrupa da elə o özü dəvət etmişdi.

Açığı, bu xəbərin şokundan tam bir saat çıxa bilmədim. Sadəcə qurudum qaldım. Dağ boyda Nicat Gözəlov, buz baltası Adam, vaxtaşırı Whatsapp zəng edib bizimlə hal-əhval tutan dəyərli ziyalımız quş kimi uçub getdi. Belə bir sarsıntını bir də Dilavər Əzimli yaşatmışdı bizə. Amma Dilavər bəy bizi öz ölümünə hazırlamışdı sanki. O virusa tələsik can verməmiş, 63 gün ərzində ölüm-dirim mübarizəsi aparmışdı. Nicat Gözəlovsa əcələ tez təslim oldu. Çox tez. Heç hal-əhval tutmağa da macal tapmadıq. Hərçənd bir gün əvvəl jurnalist dostum Aygün Muradxanlı mənə yazdı ki, Nicat Gözəlovdan xəbərin var? O da koronaya yoluxub, zəng vur bir hal-əhval elə. Aygünə dedim ki, Nicat müəllimə heç nə olmaz. Sehirli iksiri onu qoruyacaq. Hər ikimiz güldük...

Nicat Gözəlovun sehirli iksiri


Çünki , o adına sehirli iksir dediyim məhlulu hara getsə özü ilə daşıyırdı. Deyirdi qaynatam bioloqdur, bunu müxtəlif bitkilərdən hazırlayıb. Tərkibini soruşanda bir yığın dava-dərman adı çəkirdi. Spirtdən tutmuş lavanda yağına kimi... Bu iksir Nicat Gözəlovu koronavirusdan qorumalı idi. Təəssüf ki, qoruna bilmədi.

Bu yazını ovqatımın çox təlx vaxtında yazıram. Hər gün bir dostumuzu itiririk. Əslində ötən həftə Dilavər bəyin cümə axşamına getmişdim. Təəssüratlarımı qələmə almağa hazırlaşırdım. Dilavərsiz qalan ev, Arzunun qatmaqarışıq yuxuları, onun Azərbaycan Səhiyyəsinə nifrini, Allaha üsyanı haqqında düşünürdüm ki, gözəl bir yazı yazacam. Amma Gözəlovun yazısını yazmalı oldum.... Hər ikisinə təəssüf....Nur içində yatsınlar!

Ləman Ələşrəfqızı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR