HAQQIMIZDA Reklam ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə
730-100
Sizin reklam burada

“Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək”

Baxış Sayı:63

“Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək”


Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-ı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. Odur ki, sabahdan başlayaraq Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik.

LAF TV.az xəbər verir ki,bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri,iqtisadçı Qubad İbadoğlu öz facebook səhifəsində yazıb.“Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək”

İqtisadçının qeyd etdiyinə görə , belə ki, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək.

Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək. Burda 2 problem görsənir. 1) "Azərişıq"ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur. 2) Xankəndində yaşayan ermənilər bizim manatı tanımırlar.

O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?
Yeri gəlmişkən, artıq 2 gündür ki, Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçərək, ora Gürcüstan vasitəsilə çatdırılır. Ermənilər buna görə etiraz edirlər ki, onlara Azərbaycandan keçən qaz lazım deyil, bu risklidir, Azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki, krant bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki, rubilnik bizim əlimzdədir. Amma bunu etməyə cəsarət lazımdır. Axı, Xankəndində ruslar "sülhməramlıları" da məskunlaşıb.

İbadoğlu sonda bildirib ki,Mən Qarabağ ermənilərinin Azərbaycan inteqrasiya etməsinin tərəfdarıyam.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR